Axtarış...

Kütləvi davada ölüm: İştirakçılardan biri kikboksinq üzrə dünya çempionudur



Rusiyanın Altay diyarının Barnaul şəhərində kütləvi dava baş verib.

“İzvestiya” xəbər verir ki, dava nəticəsində 40 yaşlı kişi həyatını itirib.

Mərhumun arvadının ifadəsinə görə, bir kişi və iki qadın əlil şəxsi döyərkən əri onlara mane olmaq istəyib.

Əlil şəxsə hücum edən kişinin boksçu, qadınlardan birinin isə kikboksinq üzrə dünya çempionu olduğu qeyd edilir.

Faktla bağlı 38 yaşlı kişi tutulub. Hadisənin təfərrüatı araşdırılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz