Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.