Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır.
Bunu Axar.az-a açıqlamasında Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Leyla İsayeva deyib.
O bildirib ki, Aydın Hacıyev hazırda vəzifə başındadır.
Qeyd edək ki, ötən həftə Ağstafa İH-nin müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Ötən gün isə Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə məlumat yayılıb.