Axtarış...

Lənkəranda inanılmaz “BÜDCƏ QƏNAƏTİ”: - Dirəklərdə lampa əvəzinə vedrə asıblar



Azərbaycanda yerli məmurların büdcə vəsaitlərini təyinatı üzrə xərcləmədiklərinə dair daha bir kuryoz fakt aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Lənkaran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Dram Teatrının arxasındakı elektrik dirəyində quraşdırılmış lampaları sökərək, onların yerinə rənglənmiş vedrələr asıblar.

Maraqlıdır ki, “ekzotik təfəkkürlü” yerli məmurlar verdrələri “qeyri-adi görünüş” üçün yox, böyük ehtimalla, “büdcəyə qənaət” məqsədilə, həm də çox “səliqəli” qaydada dirəyə quraşdırıblar.

Məmurların öz fantaziyalarını bu qədər boş buraxmalarının tək səbəbi var: Büdcədən ayrılan vəsaitlə bir dirək lampasının əvəzinə çox sayda vedrə almaq və asmaq mümkündür.

Lənkərandakı dirək vedrələrinin fotolarını təqdim edirik:

Lənkəranda inanılmaz “BÜDCƏ QƏNAƏTİ”: - Dirəklərdə lampa əvəzinə vedrə asıblar
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz