Axtarış...

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu



Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxan 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz