"Sumqayıt şəhərində Pandemiya elan olunmuş Koronavirus ilə mübarizə tədbirlərinin hansı səviyyədə olduğunu araşdırmaq məqsədi ilə Sumqayıtda şəhər əhalisinin ən böyük hissəsinin istifadə etdiyi şəhəri dairəvi dövr edən 7 və 7A avtobuslarında dezinfeksiya işlərinin hansı səviyyədə olduğunu aydınlaşdırdım. Sumqayıt şəhər Nəqliyyat Departamentinin reklam xarakterli çıxışlarından fərqli olaraq bu avtobuslarda əməlli başlı antisanitariya hökm sürürdü". Bunu DİA.AZ-a araşdırmaçı-jurnalist Kənan Mustafayev yazır.
Məqalədə daha sonra deyilir: "Avtobusun döşəməsindəki toz-torpaq zibil bir yana avtobuslarda quraşdırılmış televizor monitorlarının üstündə əl qalınlığında toz var idi. Hamımızın evində olduğu üçün bilirik ki, evdə telvizorların ekranında kiçik dozada da olsa elektromaqnit dalğası mövcuddur və televizor ekranı işlədikcə daima kiçik toz hissəciklərini özünə çəkir. Koronovirusun isə hava-damcı yolu ilə yayıldığını nəzərə alsaq gün ərzində 60 minə yaxın şəhər sakinin istifadə etdiyi bu nəqliyyat vasitəsindəki təhlükəli hal hamımızı narahat etməlidir. Nazirlər Kabinetinin Operativ Qərargahının məlum qərarından sonra adi kompyuter oyun zallarının bağlandığı şəraitdə İctimai Nəqliyyatda bu cür virus mənbəyinə çevirilmiş televizorların hələ də işlək vəziyyətdə olması kimlərinsə pul qazanmaq sevdasının ictimai maraqlardan daha da üstün olduğunu göstərir. Məqsəd-amallarının guya marifləndirici sosial reklam yayıcılıq olduğunu bildirən lakin hal-hazırki aktual mövzu olan Koronovirusla mübarizə tədbirlərini təbliğ edən 1 dənə də sosial çarx yayımlamayan, ancaq kommersiya reklamları yayımlayan bu cür iş adamlarının sosial məsuliyyətinin olmadığı göz qabağındadır.
Küçə monitorlarından fərqli olaraq avtobuslardakı bu motitorlar qapalı mühitdədir və əhalinin nəfəs yollarından yayılan hava-damcı toz hissəciklərindən 2 metr məsafədədir. Düşünürəm ki, bu reklam yayıcı hələ ki bu şəraitdə, açıq məkandakı küçə monitorlarında öz reklam yayıcılıq fəaliyyəti ilə məşğul olsa daha məqsədəuyğun olardı.
Sumqayıt şəhərindəki dayanacaqlardakı vəziyyətlə də maraqlandım ki, buradakı vəziyyət də acınacaqlıdır. Belə ki, dayanacaqlar balaca olduğu üçün yapışqanlı kağız reklam lövhələri də natəmiz və aktiv virus mənbəyidir ki, toplum şəhər sakinlərinin toplandığı bu cür yerlərin dezinfeksiya olunması mütləqdir. Bu yapışqanlı reklam daşıyıcılarına hava-damcı ilə yayılan virusun da yapışıb qalması realdır.
Hazırkı vəziyyətdə bu cür lokal əhalinin cəmləşdiyi dar avtobus dayanacaqlarında deyil aşıq havada yerdən 4 və bəzən 5 metr hündürlükdə olan reklam qurğularında (bilboard) reklam yayımlanması hazırkı vəziyyətə daha uyğun olardı.
Azərbaycan Respublikası Reklam haqqında qanunun 26.9-cu maddəsində vurğulanır ki, "Yol hərəkəti iştirakşılarına maneə yaradan, onların həyat və sağlamlıqlarına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır".
Bundan böyük təhlükə?
Düşünürəm ki, Dövlət Reklam Agentliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər əhalisinin gur olduğu ictimai nəqliyyatda və dayanacaqlarda Nazirlər Kabinetinin Operativ Qərargahının Anti Koronavirus tədbirlərinə uyğun öz işlərini vaxt itirmədən operativ görəcəklər".
Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...