Axtarış...

İşdən atdılar, cəzası olacaqmı? - GƏLİŞMƏ

İşdən atdılar, cəzası olacaqmı? - GƏLİŞMƏ




Azərbaycanda səhiyyənin məhv edildiyini, üz qarasına çevrildiyini bar-bar bağırmağımıza baxmayaraq, eşidilməyən bu səsləri növbəti dəfə koronavirus eyforiyası duydurdu – Cəlilabadda…

Reportyor.info-nun verdiyi məlumata görə, İranda yayılan bu epidemiya üzündən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantinə alınan şəxslərin məlum video görüntüləri olmasaydı, bəlkə yenə də ölkə rəsmilərini səhiyyənin nə günə qoyulduğuna inandırmaq olmazdı.

Xüsusən də Cəlilabad səhiyyəsinin qanqrena verdiyini dəfələrlə yazmağımıza, çoxsaylı videofaktlar, şikayətlər təqdim etməyimizə, baş həkim İlham Əliyevin qanunsuz hərəkətlərini, tenderlərdə silinən vəsaitləri faktlarla diqqətə çatdırmağımıza rəğmən, heç bir ölçü götürülmürdü. Necə deyərlər, naziri Oqtay Şirəliyev olan səhiyyənin Cəlilabaddakı xəstəxanasının başına da külüm olar!

Amma ən azından prezidentin ad-soyadını daşıdığına görə məsuliyyət hissi keçirməli olan Cəlilabad RMX-nın baş həkimi İ.Əliyev mediada, sosial şəbəkələrdə 10 milyonun izlədiyi həmin kadrlardan sonra istefa verməliydi.

Çünki prezident İlham Əliyev koronavirus təhlükəsindən qorunmaq üçün müvafiq tapşırıqlar verir, karantin zonası yaradılır, İranla sərhəd bağlanır, hər yerdə dezinfeksiya işləri aparılır, adaşı olan Cəlilabadın baş həkimi isə RMX-da insanlara müsibət yaşadır.

Özü də bu müsibət ilk dəfə deyil, baş həkim hələ koronavirus söhbətlərindən çox-çox vətəndaşların qəniminə çevrilmişdi.

Rayon sakinlərinin Səhiyyə Nazirliyinin qapılarında qalması, baş həkim tərəfindən qovulmaları, pulu olmayana baxılmaması çoxdan var idi.

Sadəcə, rüşvətin dostu olan İ.Əliyevin Cəlilabad səhiyyəsini hansı günə salmasını bu dəfə sübut etməyə ehtiyac olmadı, koronavirusa görə karantinə alınan vətəndaşlarımızın çəkdikləri dəhşətli bir dramı ortaya qoydu – xəstəxanada şərait yox, baş həkim yoxa çıxıb, onlara tibbi ləvazimatlar, maskalar, baxillər, spirtlər verilmir, sanki bir gestapo kampında girov saxlanılırlar.

Bununla belə, Cəlilabadın baş həkimi tükünü tərpətmədi, əhvalını pozmadı, işinə davam elədi. Axı nazir Şirəliyev ondan heç nə tələb etmir…

***

Reportyor.info-nun təqdim edəcəyimiz video süjetlərə baxanda da elə məlum olur ki, Cəlilabad sakinləri baş həkimin əlində əsir-yesir qalıblar, nazirlik isə onların müraciətlərini eyninə almır.

Şirəliyev hansı xəstəyə sahib çıxıb ki?! Əgər Mehriban Əliyevanın xeyirxahlığı, Heydər Əliyev Fondunun qayğısı olmasaydı, bu ölkədə xeyli sayda tanınan-tanınmayan, müalicəyə, əməliyyata, təcili ölkə xaricində müayinəyə ehtiyacı olan insanlarımız tələf olmuşdu. Bir ölkədəki səhiyyə naziri müalicə üçün Almaniya klinikalarına yollanır, onda vay halımıza…

Odur ki, Cəlilabadın baş həkimi rayonda “meydan sulayır” və koronavirusla bağlı üzə çıxan görüntülər hər şeyi açıb-ağartdı.

Bütün bunları isə rayon sakinlərindən biri yaxın keçmişdə həyəcan təbili çalaraq söyləyirdi. Baxacağınz görüntülərdə o, vətən üçün sağlamlığını itirdiyini, əsəb-sinir, revmatizm xəstəliklərindən əziyyət çəkdiyini bildirir.

Onun sözlərinə görə, övladı cəbhə xəttində xidmət edir, amma Cəlilabadın baş həkimi İlham Əliyev bunların heç birinə qiymət qoymayaraq, onun pulsuz müalicəsini təşkil eləmir. Halbuki, dövlət xəstəxanasında tibbi xidmət ödənişsizdir.

Vətəndaş deyir ki, ondan 5 min manat tələb edilib. Baş həkimi rüşvətxorluqda, onu döydürməkdə ittiham edən rayon sakini deyir ki, Cəlilabad səhiyyəsi “qan qusur”.

Baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Eyni üsyanı digər cəlilabadlı Saleh Əsgərov edir. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya üz tutan şikayətçi nazirliyin qarşısında dayanaraq video müraciətində bildirib ki, Cəlilabadın baş həkimi onu polisin gücünə qapıdan qovub.

S.Əsgərova nazirlikdən kağız verilib ki, oğlunun müalicəsi ilə bağlı Cəlilabad RMX-nın baş həkiminə təqdim eləsin. Amma baş həkim İ.Əliyev həmin arayışı əlinə alan kimi onu cıraraq vətəndaşın üzünə çırpıb.

Yəni, sənin də, övladının da canı mənim vecimə deyil. S.Əsgərovun oğlu ağciyər, burun-boğaz xəstəliyindən əziyyət çəkir, müalicəsi üçün maddi imkanı çatmır.

Baş həkim isə nazirlikdən gələn kağızı heç oxumayıb, cırıb atıb, vətəndaşı nazirliyə şikayətə getdiyi üçün hədələyib, polis çağıraraq qapısından qovub.

Kasıb bir fəhlə olduğunu söyləyən S.Əsgərov gücsüz, imkansız vəziyyətdə qaldığını, prezidentin onun müraciətinə reaksiya verəcəyini gözləyir.

Onun dediyinə görə, Cəlilabad RMX-da müalicə almaq şəraiti var, sadəcə, pulu yoxdur. Rayon xəstəxanası isə ondan pul istəyib. Bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.Yəni, baş həkim Cəlilabad səhiyyəsinin baş rüşvətxorudur.

***

Bunu Reportyor.info-nun iki il qabaq apardığı araşdırmalar, real faktlar, tender “əməliyyatları”ndakı mənimsəmələr də təsdiqləyir.

Belə ki, sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinə “İnşaat-31” MMC-yə 53927.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Cənub Tibbi Təchizat MMC Avadanlıqlar 76424.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Miraj Mebel MMC İnventarlar 73725.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sey.A MMC Dəftərxana və təsərrüfat malları 62261.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası İnşaat-31 MMC Cari təmir işləri 40705.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Xəzər FD MMC Digər maşın və avadanlıqlar 37147.00

Cəlilabad Rayon Mərkəzi XəstəxanasıXəzər FD MMC Yumşaq inventarlar 41428.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Digər nəqliyyat xidmətləri 9050.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası F/Ş: Abbasov Musa Şahin oğlu İdarənin digər xərcləri üzrə 32251.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Mətbəə blankları 6540.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sözün İşığı MMC Ciddi uçot blankları və kitablar 4488.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Azmedstat MMC Tibbi forma və jurnallar 6480.00

Reportyor.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz