Masallı şəhərində quldurluq olub.
Millitv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib quldurluq yolu ilə kassadakı 11 min 700 manat pulu aparmaqda şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.