Rusiyanın Murmansk vilayətində yerləşən hərbi hissələrdən birində partlayış baş verib.
“Lenta.ru” xəbər verir ki, müqaviləli hərbçilərin bombalı kvadrakopterlərin göyə qaldırılması ilə bağlı təlimi zamanı aparatlardan biri yerə düşərək partlayıb.
Nəticədə altı hərbçi, o cümlədən dörd çavuş, bir sıravi və bir baş matros xəsarət alıb.
Onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hərbçilərin hamısı müxtəlif qəlpə yarası alıb.
Çavuşlardan birinin sol əli və sağ əlinin barmaqları qopub.