Axtarış...

İlham Əliyev: “Bu xəbər məni olduqca kədərləndirdi”


Dövlət başçısı iranlı həmkarına başsağlığı verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:



“Hörmətli cənab Prezident,



Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.



Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.



Allah rəhmət eləsin!”
Text-to-Speech

DİNLƏ






Şərh yaz