Axtarış...

ABŞ-da klip çəkilişləri zamanı silahlı basqın: İki nəfər ölüb



ABŞ-ın Hyuston şəhərində bir qrup gənc klip çəkilişləri apardığı zaman naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar.

Millitv.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə şəhərin polis rəisi Harris Ed Qonzales “Twitter” səhifəsində yazıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, latın amerikalı gənclər 20 yaşlarında olublar.

Dörd nəfərin yaralandığı deyilsə də, sonradan zərərçəkənlərin altı nəfər olduğu dəqiqləşdirilib. Onlardan ikisi hadisə yerində həyatlarını itirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz