Azərbaycanda 2005-2018-ci illər arasında insan alveri ilə bağlı dörd kateqoriya üzrə cinayət faktı aşkarlanmayıb.
Oxu.Az-ın məlumatına görə, köləlik, özgənin uşağını dəyişdirmə, qanunsuz olaraq övladlığa götürmə və insan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yaymaqla bağlı cinayət qeydə alınmayıb.
İnsan orqanlarının və ya toxumaların alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etməklə əlaqədar isə 2005-2018-ci illər ərzində cəmi dörd fakt müəyyən edilib.