Bu yaxınlarda aktualxeber.az saytında “Rektor cinayətkar şəbəkəni gizlədir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədən sonra əməkdaşlarımız yeni araşdırmalar apararaq belə qənaətə gəlmişdir ki, son vaxtlar Azərbaycanın kənd təsərrüfatı sahəsində ən böyük elm-təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin əvvəlki şöhrətini özünə qaytarmaq üçün mübarizə aparanların səyləri nədənsə puça çıxmaqdadır. Bu ali təhsil ocağına rəhbərliyə təyin olunanların hər biri yenilik etmək adı altında müxtəlif qaranlıq işlərlə məşğul olurlar.
2008-2013-cü illərdə ADAU-da rektor işləmiş Mirdamət Sadıqov da universitetin adını dəyişməkdən başqa heç nə ilə yadda qalmadı. O, da işlədiyi dövrdə əsaslı tikinti-quraşdırma və abadlıq işləri həyata keçirilmiş, universitetin beynəlxalq əlaqələri genişlənmişdi. Eyni işləri 2013 -cü ildən sonra İbrahim Cəfərov da həyata keçirsə də, başa çatdıra bilmir ki, bilmir. Burada hər şeyi pafoslu çıxışlarla deyil əməldə göstərmək lazımdı. Bəhram Xəlilov, Məmmədtağı Cəfərov kimi elm xadimlərinin qurub yaratdıqlarını bu gün yeniləməyə çalışanlar əslində nə edirlər?
Daxil olan məlumatlara görə bu gün universitetdə heç də aqrar sahədə bacarıqlı kadrlar yetişdirmək məsələsinin qayğısına qalınmır. İ.Cəfərov bir rektor olaraq gah siyasətə qarışaraq öz keçmişindən heç kimin xəbəri yoxuymuş kimi köhnə palan içi tökür, gah da universitetin köhnə şöhrəti ətrafında yeni gəlişmələr edir. İş o yerə çatıb ki, bir rektor olaraq İbrahim Cəfərov facebookda pafoslu statuslar vasıtəsi ilə gəncləri baytar olmağa çağırır. Bu bir rektor tərəfindən nə dərəcədə düzgün olan bir çagırışdır? Bu çağırış universitetdəki digər fakultələrin lazımsız olduğu anlamına gətirmirmi? Bu çağırış universitetdə aqronomluq, aqrotexnologiya, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə kimi fakültələrdə təhsil alanlara seçimlərinin yanlış olduğunu düşünməyə əsas vermirmi?
Gəncədən veilən məlumatlara görə İbrahim Cəfərov rektor təyin edildikdən sonra ADAU-da özünəməxsus “ənənələr”in əsasını qoyub. Qeyd edək ki, bu ənənə 2013-cü ildən başlayaraq İ.Cəfərov tərəfindən uğurla davam etdirilməkdədir. Redaksiyamıza verilən məlumatlarda daha çox diqüqət çəkən məqam ADAU-nun təcrübə stansiyalarının fəaliyyətidir. Elmi tədqiqat məqsədi ilə yaradılmış bu stansiyalarda elmi tədqiqatlardan başqa bütün işlərin baş verdiyini bildirən mənbənin sözlərinə görə hazırda universitetin Elmi işlər üzrə prorektor vəzifəsi boşdur və İbrahim Cəfərovun rəhbərliyə gəlməsindən sonra ən azı beş prorektor dəyişdirilib. Görəsən Elmi işlər üzrə prorektorlar universitetdə nə üçün tez tez dəyişdirilir?
O ki qaldı Universitetin Tədris -təcrübə təsərrüfatlarına, burada da söylənilənlərlə görsənənlər arasında fərqli mənzərələr var.Məsələn universitetin istixana komplekslərində tədris və elmi-tədqiqat məqsədilə ilin bütün dövrlərində müasir texnologiyalar əsasında becərilən müxtəlif kənd təsərrüfatı məhsulları güzəştli qiymətlərlə tələbə yataqxanasının kafesinə deyil, bazarlara çıxarılır. Kənd Təsərrüfatı Nazirliyinin layihəsi çərçivəsində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması üçün nəzərdə tutulmuş kompleksin yaradılmasında da məlumatlara görə şübhəli məqamlar var və rektorun buradan külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol verdiyi bildirilir. Maraqlıdır bütün bunların hamısı islahatçı nazır İnam Kərimovun ciddi cəhdlə Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlarla eyni vaxtda baş verir.
Bütün bunlar azmış kimi bu günlərdə universitetin adı başqa bir qalmaqllı hadisədə hallandırıldı. Universitetdə çalışan, adlarını ötən yazımızda çəkdiyimiz şəxslər tərəfindən saxta diplom hazırlandığ barədə yayılan məlumatlara rəsmi orqanlar tərəfindən münasibət bildirilməyib. Amma qeyd edək ki, Gəncə Dövlət Universitetində də analoji hallar yaşanmışdı və oranın da rəhbərliyi ciddi cəhdlə faktları inkar edirdi.. Bu günlərdə Baş Prokurorluğun yaydığı rəsmi məlumatlar və həbs olunanlar mətbuatın illər öncə işıqlandırdığının həqiqət olduğunu üzə çıxardı. İndi də ADAU-da bu kimi hallara yol verilməsi barədə yayılan məlumatlar gizlədilir. Bu da rektor İbrahim Cəfərovun səyləri sayəsində. Amma nə vaxta qədər, bəlli deyil. Yəqin ki, İnam Kərimovun xəbəri olana qədər.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Aktualxeber.az