Axtarış...

Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM

Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM

Laçın Rayon Təhsil Şöbəsinin metodisti Məmmədov Vüqar Elburus oğlu və 50 (əlli) nəfər ziyalı işçi tərəfindən Bolgexeber.com-un poçtuna Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun qanunsuz əməllərindən prezidentə ünvanlanan şikayət məktubu daxil olub.Həmin çəktubu olduğu kimi təqdim edirik.

İlham Əliyev cənablarına
Laçın Rayon Təhsil Şöbəsinin metodisti Məmmədov Vüqar Elburus oğlu və 50 (əlli) nəfər ziyalı işçi tərəfindən
Ə r i z ə
Hörmətli Prezdent!
Bilirik ki, Azərbaycan Respublikası 1988-1993-cü illər ərzində parçalanıb, bölgələrə bölünüb yox olmaq üzərəiydi. Ərazinin 20 (iyirmi) faizi ermənilərə ərməğan edildi. Respublika əhalisinin başına zülümlər gətirildi. Faşist Hitlerinin etmədiyi, edə bilmədiyi zülümləri ümumi bəşəriyyətin qətdar-amansız düşməni olan xain naxələf ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın zəhmətkeş xalqının başına gətirdilər. Xocalı və digər soyqırımlar törətdilər. Ölkəni parçalamaq həddinə çatdırdılar. Bu dözülməz zülümlərə görə qəlbən özlüyündə narahat olan Ulu Öndər, alternativi olmayan lider, siyasi xadim, əvəz edilməz igid sərkərdə Heydər Əliyev zəhmətkeş xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Öz ömrü hesabına, çox ağır və qorxulu həyat tərzi keçirməklə gecə gündüz yorulmadan çalışıb yox edilmiş, bölgələrə bölünmüş bir ölkəni bərpa etdi, birləşdirdi, surətli inkişaf yoluna, güclü inkişaf qabiliyətinə qadir ölkə etdi. Çox qısa qeyid edirik. Ulu Öndər Heydər əliyevin haqqı 10 000000 (on milyon) əhalinin və gələcək nəsillərin boynundadır və əsrlər boyu davam edəcək.
Cənab Prezdent Siz Ulu Öndərin varisi və siyasi xətdinin laiqli davamçısısınız. Sizin daxili və xarici siyasətiniz, olkədə apardığınız sosial inkişaf hər zaman xalq tərəfindən yüksək qiymətləndirilir.
Hörmətli Prezdent!
Hazırda ölkədə əsasəndə bölgələrdə elə yerində olmayan, yetişməyən, elimi biliyi olmayan, ümumi xalq istəyi olmayan, dövlət mənafeyini dərk etməyən, dövlət xalq pirinsiplərini bilməyən, elimi potensialı olmayan, intelektual kökü, səviyəsi olmayan, tam bisavad, Ulu Öndər Heydər Əliyevin zəhmətini görməyən, siyasi xətdin oxuyub öyrənməyən, Szin xalqın sosial rifahının yaxşılaşdırılması üçün gördüyünüz işləri görməyən, hər bir məmur xalqın xidmətçisidir dediyiniz sözləri eşitməyən, keçit dövüründə yaranan ancaq və ancaq varlanmaq miliyonlar yığmaq, özəl-şəxsi şirkətlər özü üçün yaratmağa çalışan bir çox dövlət məmurları var.
Hörmətli Prezdent!
Laçın Rayon Təhsil Şöbəsinə bir nəfər tam bisavad, bircə gündə olsa müəllim işləməyən, (əgər düzdürsə ixtisası iqtisadçı olan) maksimum hiyləgər, girəvə yoxsulu, xalqa düşmənçilik etməyə çalışan, intiriqə baz, fırıldaqçı, eqaist, şərçi, böhtançı, kələkbaz Nicat Həsənovu Təhsil Şöbəsinə müdir təyin ediblər. Nicat Həsənov Təhsil Şöbəsini özəl biznesə çevirib. 20-25 (iyirmi, iyirmi beş) nəfər adı var özü yox şagirdə bir tam orta məktəb verir.1-2 (bir, iki) şagirdə bir sinif komplekti verir. Bütün ştatları pul ilə satır. Müəllimlərin bir hissəsini qanunsuz işə qəbul edir. Nicat həsənovla əlbir olub Dövlətin büdcəsin talayan məktəb direktorlarının məktəbində ki, vakant yerlər gizlədilib, həmin dərslərin pulu kiminsə adına yazılıb Nicat Həsənovla həmin direktor arasında bölünür. Bakı, Abşeron, hətda Rusiyada yaşayan şəxslərə Laçın Rayonunun Ağcəbədidə ki, məktəblərində adına dərs yazılıb pul verilir. Heç bir məktəbdə sinif rəhbərliyi, fakultetiv, pad qurupalar, xəstə uşaqlar olmadığı halda onlara pul yazılıb alınır. Fənlər öz ixtisas müəllimlərinə verilmir. Ədəbiyat dərsləri tarix, coğrafiya dərsləri riyaziyyat, riyaziyyat dərsləri ədəbiyyat müəllimlərinə verilir. Hərbi rəhbərlərə, praktik pisxoloqlara, uşaq yaradıcılıq birliyi rəhbərlərinə qeyri- qanuni olaraq 18 (on səkkiz) saat dərs verilir. Dövlətin məktəblərin təmirinə, digər maddi-texniki bazasına ayırdığı vəsaiti mənimsəyir. Məktəblərin maddi texniki bazaları bərbad hala salınıb.
Nicat Həsənov öz çirkin əməllərin örtmək üçün müəllimləri hiyləgərliklə bir-birinə qarşı qoyur. Öz əlaltısı olan direktorları öryədib adi müəllimlərdən ərizələr yazdırır. Əhalini hakimiyyətdən narazı salmağa çalışır.
Təhsil Nazirliyində olan qohumları ilə vətəndaşları hədələyir, Təhsil nazirliyinə şikayətə gedən vətəndaşları öz qohumları vastəsi ilə qəbul etdirib hədələyir, həps etdirəcəyini bildirir, hətda Nazirliyin binasında döydürmək istəyir ki, “sən niyə ərizə yazmısan”?!
Hörmətli Prezdent!
Nicat Həsənovun kimi harada varsa qoy olsun, xahiş edirik Azərbaycan Respublikasının yaradıcısı Ulu Öndər, alternativi olmayan, görkəmli dünya siyasətçisi və Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin və onun laqli siyasi davamçısı möhtərəm Prezdent Sizin Laçın rayon Təhsil Şöbəsinə gətirdiyiniz müasir və demokratik təhsili yenidən bərpa edəsiniz.
Hörmətli Prezdent!
İnanırıq ki, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun işlədiyi müddət ərzində onun fəaliyyəti yoxlanılacaq və barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı orqanlara qanuna müvafiq göstəriş verəcəksiniz.
Xahiş edirik Nicat Həsənovun bizi işdən azad etməsinin, şərə, böhtana salmasının qarşısını alasınız.
Laçın Rayon Qarakeçdi kənd sakinləri 50 (əlli)-ə dək müəllim, işçi, vətəndaş və Məmmədov

Vüqar Elburus oğlu.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz