Xəbər verdiyimiz kimi “28 may” metrostansiyası yaxınlığında müğənni Mətanət Əsədova yol-nəqliyyat hadisəsi törədib. Müğənni idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobili yol kənarındakı bardürə vurub.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mətanət Əsədova çəkilən fotolara baxmayaraq qəzaya düşməsini təkzib edib:
"Mən indi qırx mərasimindəyəm. Nə yazırlar yazsınlar. Yalan məlumatdır. O xəbəri yazanın özü o günə düşsün."