Axtarış...

UEFA Superkubokunda qadın hakim - İlk dəfə

Bu il avqustun 14-də “Liverpul” və “Çelsi” klubları arasında keçiriləcək UEFA Superkubokunu tarixdə ilk dəfə qadın hakim idarə edəcək.

Yenicag.az-ın məlumatına görə, UEFA bu matçın idarə olunması üçün fransalı hakim Stefani Frapparı təyin edib.

Onun assistentləri də qadın yan hakimlər olacaq. Belə ki, S.Frappara fransalı Manuela Nikolosi və niderlandlı Mişel O’Nil olacaq.

Dördüncü hakim türkiyəli Cüneyt Çakır təyin olunub.

Qeyd edək ki, iki ingilis klubu arasında matç İstanbulda, “Vodafone Arena”da keçiriləcək./Trend/
Text-to-Speech

DİNLƏ






Şərh yaz