Son vaxtlar ölkə mətbuatının gündəmindən düşməyən və hər bir nazirin yaxın qohumlarına məxsus 5-10 manatlıq MMC-lər tərəfindən tenderlər vasitəsilə milyonlarla dövlət vəsaitlərinin talanması faktlarının sayı durmadan artır. Sanki elə belə də olmalıymış kimi, heç bir dövlət rəsmisi bu tender oyunlarında nələrin baş verdiyinə reaksiya vermir. Məlum olduğu kimi belə 10 manatlıq MMC-ləri Azərbaycanda bu gün hər kəs aça bilər. Lakin görəsən açdıqdan sonra hər kəs bu MMC-nı işlətmək iqtidarında ola bilərmi? Görəsən bank hesabı əldə etdikdən sonra on minlərlə, yüz minlərlə dövlət vəsaitləri hər kəsinmi hesabına köçürülür? Təbii ki,yox. Sözügedən MMC-lərin fəaliyyəti ancaq kağız üzərindədir və bir yerdən başqa bir yerə pul köçürməkdən başqa heç nəyə xidmət etmir. Adındandan da göründüyü kimi məhdud məsuliyyətli olan bu qurumların fəaliyyəti Azərbaycanda məhdud deyil və görsəndiyi kimi heç bir məsuliyyət daşımır. Məhdud dedikdə yaradılmış bir şirkətin konkret bir sahə üzrə xidməti nəzərdə tutulursa, Azərbaycandakı MMC-lər dəftərxana ləvazimatlarının alınması ilə bərabər ağır texnikanlının satınalınması üçün elan olunmuş tenderlərdə də iştirak edir, dərman pereparatlarının alınması ilə yanaşı yumşaq və bərk mebellərin alınması kimi müxtəlif tenderlərin qalibləri olur. Buna nəzarət təbii ki, Vergilər Nazirliyinin səlahiyyətləri daxilindindədir. Amma Vergilər Nazirliyində qeydiyyata alınmış MMC-lərdə nələr baş verdiyindən ya xəbərsizdilər,ya da bilərəkdən göz yumulur.
-un barəsində araşdırma apardığı MMC 5-10 manatlıqlardan deyil. Bu MMC-nin təkcə nizamnamə kapitalı 25000000.00 manatdır.Sözügedən MMC-nin fəaliyyəti ilə bağlı bir müddət öncə yaydığımız məqalədə də göstərmişdik ki, “SSİ RETAİL” MMC Azərbaycanda xarici ölkələrdən gətirilən, dəbdə olan brend geyim mllarının satışı ilə məşğuldur. Bu gün həmin geyim mağazalarına demək olar ki, paytaxtın hər yerində rast gəlmək olur və artıq Gəncə, Sumqayıt kimi şəhərlərdə də mağazaları mövcuddur. Əsasən də gənclərin böyük həvəslə üz tutduğu “Celio”, “New Yorker”,”Manqo”,”Next” kimi brend geyim mağazalarında qiymətlərdən söz gedə bilməz. Bu barədə biz ötən yazımızda da qeyd etmişdik və bir daha bu mövzuya qayıtmaq istəməzdik. Sadəcə onu bildirmək istərdik ki,xarici ölkələrdən çox ucuz qiymətlərə alınan bu malların Azərbaycanda dəyərindən qat-qat baha satılmasından, vətəndaşların göz görə -görə aldadılmasından geniş ictimaiyyətin xəbəri olmalıdır.
Ötən yazımızda onu da qeyd etmişdik ki, “New Yorker”, “Manqo”, Next”, “Celio” kimi brend geyim mallarının ölkəmizdə satışını həyata keçirən “SSİ RETAİl” MMC Azərbaycanda qazandığı pulları ofşorlar vasıtəsi ilə xarıcı ölkələrdəki bank hesablarına yerləşdirir. Qanunvericiləkdə bu kimi hallar necə tənzimlənir? Bir MMC xarici ölkədə bank hesabı aça bilərmi? MMC-nin əldə etdiyi gəlirlərin xarıcı ölkələrə köçürülməsi hansı qaydalarla aparılır? Bütün bu kimi suallara cavabı biz növbəti yazımızda mütəxəsislərdən almağa çalışacağıq.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi yönündə dövlət tərəfindən çox mühüm addımlar atılır. Sahibkarlara yaradılmış bu kimi şəraitdən sui-istifadə edənlər, əldə etdiyi gəlirləri respublika ərazisində, regionlarda bir çox işlərə yatırmaq əvəzinə xarici ölkələrdəki banklara qoyaraq şəxsi məqsədləri üçün istifadə edirlər. “SSİ RETAİL” MMC-nin bu kimi yollarla ölkədən çıxardığı pulun miqdarını indi kimsə bilməz. Çünki sözügedən şirkət artıq neçə illərdir ki, bu sahədə fəaliyyət göstəriri və bahalı brend geyimlərin satışından hesabına kifayət qədər böyük məbləğdə pullar oturur. Aidiyyatı qurumlar tərəfindən bu MMC-nin fəaliyyəti köklü və ciddi şəkildə araşdırılarsa çox qaranlıq məsələlərin üstü açılar.
Aktualinfo.org əldə etdiyi “SSİ RETAİL” MMC-yə aid olan bu bank sənədlərini dərinliklərinə qədər araşdırılması üçün Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarısənə rəsmi şəkildə müracıət edəcək. Bu sənədlərdə görsənən bank hesabları ofşor ölkələrdəki banklarda açılıb. Bu hesablara yönləndirilmiş pulların hansı məqsədlərlə köçürülməsini araşdırmaq məhz sözügedən qurumun üzərinə düşür. Burada Vergilər Nazirliyinin də üzərinə böyük iş düşür. Biz bir mətbuat orqanı olaraq ipucu verdik. Görək Vergilər Nazirliyi “SSİ RETAİL” MMC-nin fəaliyyətini araşdıracaqmı? Bu MMC-nin bank hesablarından xarıcı ölkələrə köçürülən pulların təyinatını müəyyənləşdirəcəkmi? Bizi izləyin. (Aktualinfo.org)