iyulun 15-dən sonra ictimaiyyət arasında görünməməsi ilə bağlı yeni versiya irəli sürülüb.
millitv.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə “Lenta.ru” saytı Türkmənistanın siyasi mühitindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, dövlət başçısı ağır xəstə olan anası Oqulabat Berdımuhəmmədovanın yanına yollanıb. “Prezident ölməyib, Almaniyaya, 10 gündür ağır vəziyyətdə olan yataq xəstəsi anasının yanına gedib”, - deyə o, bildirib.Qeyd edək ki, Prezidentin anasının son on gündür Almaniyada xəstəxanada müalicə olunduğu ilə bağlı məlumatı “Xroniki Türkmenistana” nəşri şəxsi mənbələrinə istinadən yazıb.
Hətta o da məlum olub ki, iki ay bundan əvvəl Türkiyədən məşhur anestezioloq da daxil olmaqla həkim briqadası təcili Aşqabada gəlib. Onların səfəri Oqulabat Berdımuhəmmədovanın səhhətinin ağırlaşması ilə bağlı olub.
Qeyd edək ki, dünən axşam saatlarında Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb. Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.