Sabunçu rayonunda 28 yaşlı gənc bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarəti alıb.
Döş qəfəsindən 3 bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili cərrahi əməliyyat edilib.
Hadisənin təfərrüatını Sabunçu Rayon Polis İdarəsi araşdırır.