Çeçen nazir də azərbaycanlılarla insidentə münasibət bildirdi - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.
Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib.
Qeyd edək ki, Əli Həsənov məişət zəminində baş vermiş bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi.