Axtarış...

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba)

Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Bölgələrdə də əsasən hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz