Dünyanın ən məşhur sosial mesajlaşma şəbəkəsi olan WhatsApp yenilik edib.
Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, WhatsApp yazmağa peşman olduğunuz mesajları silmək üçün təyin etdiyi vaxt limitini artırıb. Belə ki, göndərdiyiniz mesajları hər iki tərəfin telefonundan silmək üçün qoyulan vaxt limiti uzadılıb. Artıq mesajları silmək üçün 1 saat 8 dəqiqə 16 saniyə vaxt limiti müəyyən edilib.
Əvvəllər mesajı 7 dəqiqə keçdikdən sonra silmək mümkün deyildi.
Qeyd edək ki, bu funksiya hazırda Android platformalı telefonlarda test edilir.