Главная > gundem / ust > «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər...

«Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər...


1-07-2020, 11:16. Разместил: rovshen


«Brand Credit» Bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, 2019-cu ildə BOKT-un kreditləri 2 milyon 517,7 min manat təşkil edib. Bunun böyük hissəsi – təqribən 2 milyon mkanatı fiziki şəxslərə verilən istehlak kreditləridir.

Daşınmaz əmlakın alınması və təmirinə verilən kreditlər 16 dəfəyə yaxın azalaraq 22,7 min manat olub. Avtomobil kreditləri isə 3 dəfə azalıb.

Ümumilikdə BOKT-un kredit portfeli (ehtiyat ayırmalarından əvvəl) 2019-cu ildə 2,8% azalıb.

Ötən il şirkətin faiz gəlirləri 954 min manat, xərclər çıxıldıqdan sonra xalis faiz gəlirləri 687 min manat olub.

2019-cu ildə «Brand Credit» BOKT-un inzibati xərcləri 364,3 min manat olub ki, bu da əvvəlk illə müqayisədə 13,7% azdır. O cümlədən işçilərə ödənilən maaşlar 6,8% azalıb.

Şirkətin xalis mənfəəti isə 2018-ci illə müqayisədə 14 dəfə azalaraq 5579 manat olub.

İlin ykunlarına görə, BOKT-un aktivləri 3 milyon 93 min manat, öhdəlikləri 2 milyon 596 min manat, cəmi kapitalı 497 min manat təşkil edib. Ötən illə müqayisədə BOKT-un cəmi kapitalı təqribən 1% azalıb.

Qeyd edək ki, «Brand Credit» BOKT 2019-cu ilin hesabatını ən gec açıqlayan maliyyə təşkilatlarındandır. Şirkətin hesabatı açıqlamısı prosesi göstərir ki, şirkət bəzi göstəricilərinin açıqlanmasında maraqlı deyil. Belə ki, şirkətin internet səhifəsinə yerləşdirilmiş 2019-cu il üzrə hesabatda rəqəmlər qarışdırılıb – hesabatın əksər hissələrində 2019-2018-ci illərin göstəriciləri əvəzinə istifadəçilərə 2017-2018-ci illərin rəqəmləri təqdim edilir.

2019-cu ilin göstəriciləri isə hesabatın əvvəlində olmalı olduğu halda, ən sonda göstərilib.

Şirkətin balans göstəriciləri və mənfəət zərəri də tamamilə fərqli şəkildə – ənənəvi olaraq hesabatın əvvəlində deyil, axırında təqdim edilir.

Amma ola bilər ki, hesabatdakı bu hallar bilərəkdən olmayaraq, sadəcə bu sahəyə cavabdeh olanların qeyri-peşəkarlığının nəticəsidir.

Bundan başqa, 2019-cu ilin hesabatı internet səhifəsinə yerləşdirilən kimi şirkətin 2018-ci il üzrə hesabatı da səhifədən çıxarılıb.
Вернуться назад