Главная > gundem / ust > "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY

"Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY


27-06-2020, 13:05. Разместил: rovshen




Bu günlərdə Gundemxeber.Az saytının redaksiyasına Göyçay rayon sakini Mürsəlov Vahid Xankişi oğlu adlı şəxs tərəfindən video- müraciət təqdim olunub. Adı çəkilən bu şəxs video-müraciətində qeyd edir: “Mən hal-hazırda Göyçay rayonu, 20 Yanvar küçəsi, 36 saylı ünvanda qeydiyyatdayam. 1987-ci ildə mənzil almaq üçün Göyçay rayon Partiya Komitəsinin (indiki Göyçay RİH-nin) tabeçiliyində fəaliyyət göstərən “Sevinc” kooperativində mənzil növbəsinə dayandım və bu məqsədlə kooperativə üstüstə 3999 manat pul ödədim. Vaxtilə kooperativə ödədiyim pullarla bağlı mənə verilmiş ödəniş qəbzlərini, bu gün də özümdə saxlayıram. Buna baxmayaraq, həmin vaxtlarda kooperativin rəhbərliyi məni uzun müddət ərzində getgələ saldı və son anda da mənzillə təmin etmədi. Ötən qırx ilə yaxın müddət ərzində yazmadığım dövlət qurumu qalmayıb. Yəni, indiyə kimi aidiyyatı dövlət qurumlarına göndərdiyim məktubarla bağlı çoxlu sayda qəbzlərim var. Çox təəssüf hissi ilə qeyd edim ki, bugünə kimi heç bir dövlət qurumunun rəhbər şəxslərindən əsaslı cavab əldə edə bilməmişəm. Üz-üzə qaldığım problemin həlli məqsədilə, hələ bir müddət bundan öncə elektron qaydada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya da müraciət ünvanlamışdım. Bu müraciətimlə bağlı da, qarşı tərəfdən əsaslı cavab əldə edə bilmədir.

​ ​ ​ Təqribən bir həftə bundan öncə isə, mənə Göyçay RİH-i başçısının müavini İkram Vəliyevin imzası ilə təsdiq olunmuş bir məktub verdilər. Həmin məktubda qeyd olunub ki, “siz mənzil növbəsinə götürülürsünüz və siz bələdiyyədən torpaq sahəsi də əldə edə bilərsiniz”. Əvvəla, göndərilmiş belə bir məktubun İkram Vəliyev tərəfindən imzalanmasına şübhə ilə yanaşıram. Çünki, dəqiq bilirəm ki, ​ səhhətində problemi olduğu üçün o, işə çıxmır. Digər tərəfdən, verilmiş belə bir cavab məktubu olduqca gülüş doğuran, olduqca absurd bir məktubdur. Axı, bu gün nə üçün mən mənzil növbəsinə götürülməliyəm, yaxud da bələdiyyədən torpaq sahəsi istəməliyəm? Çünki, mənzil almaq məqsədilə vaxtilə kooperativə 3999 manat pul ödəmişəm. Həmin vaxtlarda evimi əlimdən aldılar, heç olmasa iki sot torpaq sahəsi verin deyə onlara xahiş etsəm də, onu da vermədilər. İstədim ki, əldə etmək istədiyim torpaq sahəsində kiçik də olsa ev tikim və övladlarımı başıma yığım. 1987-ci ildən indiyə kimi təqribən beş-altı nəfər şəxs Göyçay rayonuna rəhbərlik ediblər. Mənzil problemimin həlli məqsədilə həmin şəxslərin hər birinə bir neçə dəfə yazılı müraciətlər etmişəm, çox təəssüflər olsun ki, onlardan da heç bir cavab əldə edə bilməmişəm. Ötən illərin birində Nazim Süleymanov adlı şəxs Göyçay RİH-nin başçısı idi. Düzdür, çox vaxt sakinləri onun özü deyil, RİH-nin əməkdaşı olan Məmur Dövlətov adlı şəxs qəbul edirdi. Elə ki, günlərin birində adı çəkilən bu şəxs məni qəbul etdi, o halda o, əlindəki “ruçka”nı mənə tuşladı və “torpaq pulladır, get pulunu ver torpağını al” dedi.​ Belə bir davranışdan sonra dəqiq başa düşdüm ki, Göyçayda vəzifə sahibi olan şəxsləri heç bir halda sakinlərin üz-üzə qaldıqları problemlər düşündürmür.

Bu gün mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident​Mehriban xanım Əliyevaya müraciət edib, məhz ötən qırx ilə yaxın müddət ərzində üz-üzə qaldığım problemin həllində onlardan köməklik istəyirəm. Hal-hazırda 60 yaşım var və dövlətimizdən heç bir yardım, hərhansı köməklik almıram. Yaşamağa evim yoxdur, bir müddət bundan əvvəl 160 manata kirayədə qalırdım, kirayə pulunu ödəyə bilmədiymdən, hazırda ucuz və yarasız vəziyyətdə olan avtomobilimdə gecələməli oluram. Mənzilim olmadığından xeyli müddət bundan öncə ailəmizdə müəyyən söz-söhbətlər əmələ gəldi və son anda da dağıldı. Bir sözlə, bu gün köhnə və sınıq-salxaq vəziyyətdə olan maşınımdan başqa heç bir əmlakım yoxdur. Hal-hazırda istəyim ondan ibarətdir ki, vaxtilə ödədiyim pullarıma görə evimi versinlər, dövlətim mənə sahib çıxsın. Mən dünyadan köçəndə meytim maşınımdan deyil, evimdən çıxsın. Yeni seçilmiş deputatımıza müraciət etmişəm, ondan da heç bir xəbər çıxmadı. 40 ilə yaxındır ki, mənim pulum dövlətdədir. Bu gün Göyçay RİH-i başçısının qəbuluna düşmək, sanki müşkül məsələyə çevrilib. Heç cür başa düşə bilmirəm ki, RİH-nin başçısı daşıdığı vəzifəsinə sakinlərə xidmət etmək məqsədilə təyin olunub, yoxsa qəbula gedən sakinləri İH-nin həyətindən qovdurmaq üçün təyin olunub?​ Bax budur məni düşündüən hal!

​ ​ ​ Düşünürəm ki, bu müraciətim daha geniş ictimaiyyət arasında ictimailəşdirildikdən sonra, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən qırx ilə yaxın müddət ərzində üz-üzə qaldığım mənzil probleminin həlli yöndə, aidiyyəti üzrə tapşırıqlarını verib mənə lazım olan köməkliklərini göstərəcəklər”.
​GundemXeber.Az

Вернуться назад