Главная > gundem / idman > Bakıdakı dünya çempionatının tarixi açıqlandı
Bakıdakı dünya çempionatının tarixi açıqlandı16-06-2020, 10:09. Разместил: rovshen |
Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb. COVID-19 pandemiyası səbəbi ilə 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bu gün video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib. Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır. Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi, bu yarışlar da təxirə salınmışdı. Вернуться назад |