Главная > gundem / neqativhallar > Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü


23-05-2020, 16:13. Разместил: rovshen




Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

“Hürriyet” xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад