Главная > gundem / manset > Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı
Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı20-05-2020, 16:41. Разместил: rovshen |
Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb. 1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər. Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib. İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır. Вернуться назад |