Главная > gundem / dunya > Altundan ABŞ mediasına: Türkiyədən dərs götürün...

Altundan ABŞ mediasına: Türkiyədən dərs götürün...


20-05-2020, 08:32. Разместил: rovshen


Türkiyənin uğurlarından lazımi dərsi götürün.

Axar.az xəbər verir ki, bunu yeni növ koronavirusla mübarizə haqda "Vaşinqton Tayms"a danışan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Altun Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında səhiyyə sektoruna əhəmiyyətli sərmayələrin yatırıldığını, nəticədə bütün vətəndaşlar üçün sağlıq xidmətlərini təmin etdiklərini vurğulayıb.

O, Türkiyənin beynəlxalq hava nəqliyyatının ən əhəmiyyətli mərkəzlərindən biri olduğunu və coğrafi məkanda pandemiya prosesinin yaratdığı risklərə baxmayaraq, ölkənin vəziyyətdən çox yaxşı çıxdığını qeyd edib.
Вернуться назад