Главная > manset / neqativhallar > Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ
Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ19-05-2020, 22:31. Разместил: rovshen |
Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb. Вернуться назад |