Главная > idman > "Qazaxlara Azərbaycan və futbolumuzdan danışdı" - Müsahibə
"Qazaxlara Azərbaycan və futbolumuzdan danışdı" - Müsahibə18-05-2020, 14:13. Разместил: rovshen |
“Keşlə”nin futbolçusu Con Kamara Qazaxıstan mətbuatına müsahibə verib. Qol.az xəbər verir ki, 2017-2018 mövsümündə bu ölkənin “Kaysar” klubunda çıxış etmiş afrikalı yarımmüdafiəçi “sport.kz”nin suallarını cavablandırıb. - Con, son mövsümü Azərbaycan çempionatında keçirdin. Təəssüratların necədir? - Keçən mövsüm bir az çətin oldu. Ancaq mən qətiyyətli oldum, komandam da yaxşı formada idi. Buna görə çox yaxşı oyun keçirməyi bacardım və tədricən nəticəyə nail oldum. - Bakıda yaşamaq yaxşıdır, yoxsa Qızılordada? - Düzünü deyim ki, Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən çox şeylər var. - Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsən? Azərbaycan çempionatını Qazaxıstan Premyer Liqası ilə necə müqayisə edərdin? - Hər iki liqa çox yaxşıdır, həm də rəqabət qabiliyyətlidir. Fərq ondadır ki, Qazaxıstanda daha çox komanda var və daha çox oyun olur, amma səviyyə eynidir. - Azərbaycan mətbuatında oyunla bağlı yaxşı rəylər oxudum. Oradakı çıxışlarından razısan? - Əlbəttə. Azərbaycan çempionatındakı çıxışımdan çox məmnunam. İştirak etdiyim hər oyunda daha da inkişaf etməyə çalışacağam. - Ümumiyyətlə, Azərbaycan Qazaxıstandan çox fərqlidir? - Azərbaycan fərqli ölkədir. İnsanlarla danışmaq, onları başa düşmək daha asandır. Qazaxıstanda əsas problemlərdən biri dil idi. Xüsusilə yaşadığım şəhərdə - Qızılordada. - Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. Sizcə, turnir davam etdiriləcəkmi? - Bəli, Azərbaycan çempionatı COVID-19 ilə əlaqədar sona 8 tur qalmış dayandırıldı. Çox istərdim ki, oyunumuzu davam etdirək, amma nə olacağını bilmirəm. Artıq may ayı olsa da, oyunlar başlamayıb, ona görə də bilmirəm. - “Keşlə” indi 3-cü yerdədir. Bu, klub üçün yaxşı nəticədir? - Əlbəttə. Klubda hər kəs üçün yaxşı bir mövqedir. - İndi Azərbaycandasan? Orada karantin şərtləri necədir? - Bəli, hazırda Bakıdayam. Karantin vəziyyəti əslində sadə deyil, amma bizə verilən bütün tövsiyələrə əməl etməliyik. - Qazaxıstan çempionatını izləyirsiniz? - Bəli, hər iki liqanı izləyirəm. Qazaxıstan Premyer Liqasında bir çox yeni qaydalar qəbul edildi. Düşünürəm ki, hər şey yaxşıdır. - “Keşlə” ilə müqaviləniz iyunda başa çatır. Karyeranızı harada davam etdirəcəyinizi düşünürsünüz? - Agentlərim bunun üzərində işləyirlər. Onların maraq göstərdikləri və mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər. - Bir gün Qazaxıstana qayıtmaq istərdinizmi? - Mən futbolçuyam, buna görə də vəziyyət məqbul olduğu müddətdə hər yerdə və istənilən vaxt oynamağa hazıram. Вернуться назад |