Главная > gundem / medeniyyet > Əbülfəs Qarayevin “Cəngəllik” adında şirkəti var – SƏNƏD
Əbülfəs Qarayevin “Cəngəllik” adında şirkəti var – SƏNƏD18-05-2020, 11:53. Разместил: rovshen |
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin şirkəti üzə çıxıb. Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. C.Həsənli bildirib ki, Ə.Qarayev topladığı pulların bir qismini sabiq deputat Hüseynbala Mirələmovla Panamada şərik açdığı RİMBA S.A. şirkətinə ötürüb: “Məlum olan korrupsiya faktları: * İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə: məbləğ - 900 min manat; * Aşıq Hüseyn Bozalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə: 751 min manat. * Hər ay musiqi məktəblərindən çatan vəsait: Əvvəlcə ayda 9 min, daha sonra 11 min manat; * Ay ərzində 15 idarədən yığılan məbləğ - 60 min manat; * Şirkətlərin qaytardığı (“otqat”) vəsait - 290 min manat; * Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait - 1 milyon 500 min manat. Şirkətin adına gəlincə, Rimba malayziyalıların dilində “Cəngəllik”, “mədəniyyətdən, gözdən-könüldən uzaq dərin meşəlik” deməkdir”. Вернуться назад |