Главная > manset > Kişilər niyə maska taxmır? - ARAŞDIRMA

Kişilər niyə maska taxmır? - ARAŞDIRMA


16-05-2020, 13:08. Разместил: rovshen
Kişilər niyə maska taxmır? - ARAŞDIRMA

Kişilərin əksəriyyəti qoruyucu maskaları taxmır, çünki bunu zəiflik əlaməti sanırlar.

“Report” xəbər verir ki, bu barədə Londonun Midlseks Universiteti və Kaliforniyanın Börkli İnstitutunun araşdırmasının nəticəsində qeyd edilib.

“Bəzi kişilər COVID-19-un onlardan yan keçəcəyini düşünür, ona görə də maskaları evdə qoyub çıxırlar”, - alimlər bildiriblər. Ancaq bununla belə, Çin, İspaniya, İtaliya və Nyu-Yorkdakı koronavirusdan ölüm göstəriciləri bunun əksini göstərir: məhz kişilər koronavirusdan daha çox ölürlər.

Sorğuda 2 459 nəfər iştirak edib, onlardan 51%-i kişi olub. Respondentlər əsasən böyük şəhərlərdə yaşayırlar. Onların yaşı 25-54 arasıdır.

“Kişilərə görə maska taxmaq utancvericidir, bunun onları yaxşı göstərməyəcəyini düşünürlər”, - araşdırmaçılar qeyd ediblər.

Gallup İnstitutunun hələ aprel ayında keçirilən sorğusuna əsasən, kişilərin yalnız 29%-i evdən çıxarkən həmişə maska taxdığını bildirib. Qadınlarda bu göstərici 44%-ə bərabərdir. Bu tendesiya bir neçə il öncə atipik pnevmoniyanın alovlanması zamanı da müşahidə edilib.

Araşdırmaçıların fikrincə, məsələ əhalinin səhiyyə sahəsində məlumatlandırılmasındadır. Bu, oğlanlar və böyük kişilər üçün nəzərdə tutulmayıb. Gender stereotipləri hələ də güclü olduğuna görə qoruyucu vasitələr əsasən qadınları, yəni anaları, məktəb müəllimlərini, tibb bacılarını və s. maraqlandırır, bunu daha çox onlar müzakirə edirlər.

“Əgər vurğunu vətənpərvərlik, intizam və şəxsi məsuliyyətə etsək, maska taxmaq kişilər üçün şərəfli bir iş sayılar”, - araşdırmaçılar irəli sürüblər.
Вернуться назад