Главная > gundem / idman > Daha bir türk klubunun üzvlərində virus aşkarlandı

Daha bir türk klubunun üzvlərində virus aşkarlandı


14-05-2020, 15:31. Разместил: rovshen

Türkiyənin “Beşiktaş” klubunda 8 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb.
Millitv.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Dünən klubun bütün əməkdaşları və futbolçular koronavirus testindən keçiriliblər. Bunlardan 8-nin testi pozitiv çıxıb. Onların vəziyyətinin normal olduğu və həkim nəzarətində olduqları qeyd edilib.


Qeyd edək ki, bundan öncə "Fənərbağça" və "Ərzurumspor" klublarının da əməkdaşlarında virus aşkarlanmışdı.

Mənbə: Ntvspor.net
Вернуться назад