Главная > gundem / arasdirma > Karantin rejimindən necə xilas ola bilərik? - Deputat danışır

Karantin rejimindən necə xilas ola bilərik? - Deputat danışır


14-05-2020, 10:02. Разместил: rovshen
Karantin rejimindən necə xilas ola bilərik? - Deputat danışır

Artıq iki aya yaxındır Azərbaycanda karantin rejimi tətbiq olunub. Bu müddətdə xeyli xidmət və iaşə obyektlərinin, şadlıq evlərinin, əksər dövlət qurumlarında baş idarələrin, tədrisin fəaliyyəti dayandırılıb. Təbii ki, bu da əhali arasında aktivliyi kəskin aşağı salıb.

Pandemiyanın iqtisadiyyatın hansı sektoruna daha çox zərbə vurması barədə iqtisadçı ekspert, deputat Vüqar Bayramov Lent.az -a danışıb. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan iqtisadiyyatına hər gün 110-150 milyon manat ziyan dəyib:

“Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan üçün vətəndaşların sağlamlığı və iqtisadi aktivliyi davam etdirmək seçimində prezidentin siyasi iradəsi vətəndaşların sağlamlığının qorunması oldu. Təbii ki, karantin qaydaları Azərbaycan iqtisadiyyatına təsir göstərir. İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, 20 fəaliyyət sahəsinə pandemiyanın təsirləri müşahidə olunub. Onların 11-də birbaşa təsir müşahidə olunduğu halda, qalan 9-da isə fəaliyyətlərin 70 faiz məhdudlaşdırılıb. Mayın 4-dən karantin rejimin nisbətən yumşaldılması aktivliyin mərhələli yüksəlməsinə imkan verir. Ancaq hələ də bir sıra fəaliyyət sahələrində məhdudlaşdırma saxlanılır. Karantin dövründə qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatına dəyən ziyan gündəlik 110-150 milyon manat arasında dəyişirdi. Bu o deməkdir ki, karantin qaydaları iqtisadiyyat üçün bir farşdır. Lakin əhalinin sağlamlığı prioritet olduğu üçün hökumət karantin qaydalarını tam ləğv etmədi”.

Deputat pandemiyanın ən çox ictimai iaşə sektoruna ziyan vurduğunu da söyləyib:

“Karantin qaydalarının tətbiq olunduğu hazırkı dövrdə xidmət, ictimai iaşə və turizm sektorunun daha çox ziyan çəkdiyi müşahidə olunur. Kafe və restoranların, şadlıq evlərinin fəaliyyətinin hələ də bərpa olunmaması təbii ki, həmin sektorda yaradılan dəyərə təsir göstərir. Pandemiyadan və karantin rejimindən xilas olmağın tək yolu sosial təcrid qaydalarına riayət etmək və qoruyucu tibbi ləvazimatlardan istifadə etməkdir. Çünki bunu müxtəlif ölkələrin praktikasında da görürük. Karantin rejimi qaydalarına riayət olunsa, pandemiyadan da xilas ola bilərik və nəticədə digər sektorlar da fəaliyyətini tam bərpa edəcək. Təbii ki, buna Operativ Qərargah gündəlik yoluxma sayı və ümumi vəziyyəti nəzərə alaraq qərar verir”.
Вернуться назад