Главная > gundem / kriminal > Bakıda 34 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı

Bakıda 34 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı


13-05-2020, 13:09. Разместил: rovshen


Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Millitv.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Əmircan qəsəbəsində 1986-cı il təvəllüdlü Ağarza Əliyev bıçaqlanıb.


Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Ağarza Əliyev şəxsi münasibətlər zəminində qaynı ilə mübahisə edib.

Mübahisə zamanı Ağarza Əliyev qaynı tərəfindən bıçaqlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən şəxs həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.
Вернуться назад