Главная > gundem / ust > "Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM


11-05-2020, 17:31. Разместил: rovshen




Sabiq millət vəkili Cahangir Hüseynovun oğulluğu İbrahim Hüseynov atalığı və anasının ona yardım etmədiyi və onların, doğma atasından qalan mirası mənimsədikləri barədə şikayət edib. O bildirib ki, valideylərinin qərəzli hərəkəti səbəbilə o, hazırda çətin vəziyyətdə yaşayır.
İbrahim Hüseynov Yeniavaz.com-a bildirdi ki, onun doğma atası 2012-ci ildə Rusiyada öldürülən kriminal avtoritet İlqar Cəbrayılovdur: "Mən hələ uşaq yaşlarımda olanda atamla anam ayrılıblar. Daha sonra anam sabiq millət vəkili Cahangir Hüseynovla evlənib. O adam məni 18-19 yaşlarıma kimi böyütdü ancaq, sonra anamla birgə məni atdılar. Mənim doğma atam olan İlqar Cəbrayılov kriminal avtoritet olub. "Ded Həsən"in ən yaxın adamlarından biri idi. İmkanlı, varlı adam olub. O vaxtlar atam Bakıda anama bir neçə milyon dollar dəyərində ev alıb vermişdi. Ancaq ailəm mənimlə yaxşı davranmadı, görüşmədilər. Anam da sonradan evləndiyi sabiq millət vəkili Cahangir Hüseynovun təsirinə düşərək məndən uzaqlaşdı. Ən pisi isə anam milyonlarla dollar dəyərindəki evi satıb pulunu atalığıma verdi. Mənə isə heç bir maddi yardım, dəstək çıxmadılar. Mən bu gün maddi çətinliklər içində yaşayıram. 9 ay küçədə parklarda, qarajda, bulvarda yatmışam. Köhnə qonşularım, dostlarım tanışlarım gəlib mənə pul, yemək verirdilər. İndi beş nəfərlə birlikdə kirayə ev tutmuşam orada qalıram".
"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM

olduğunu söyləyib:
"Qeyd edim ki, 2014-cü ildə mən doğma qardaşım olduğunu öyrəndim. Onlarla söhbət edəndə mənə dedilər ki, atandan 5 milyona yaxın miras qalıb. Onun oğlu olduğun üçün sənə də miras çatacaq. Ancaq, anam ilə atalığım mənə icazə vermədilər. Onlar dedilər ki, sən artıq bu ailənin övladısan sənə miras lazım deyil, səni biz hər şeylə təmin edəcəyik. Ancaq onlar məni küçəyə atdılar. Atalığım əvvəllər mənə polisdə, DTX-da və sair dövlət işlərində işləməyi məsləhətlər görürdü. Ancaq mən o işlərdə çalışmaq istəməmişəm. O, həmişə mənim istədiyim istiqamətlərin əksinə çıxıb. Mənim hal hazırda maddi vəziyyətim yaxşı deyil, atalığım anamla birgə mənə qalacaq mirasları satıb yeyiblər. Ona görə, istəyirəm ki, heç olmasa haqqım olan pulu və ya mülkü mənə qaytarsınlar. Mən o adamdan başqa heç nə tələb etmirəm".

əlaqəsi yoxdur, onun hər hansı şikayəti varsa, bunu qanuni yolla tələb etsin:
"Mən onu 10 il saxlamışam, 25 yaşı olanda da demişəm get harada istəyirsən orada yaşa. Mən uzun müddət ona baxmışam, böyütmüşəm, çörək vermişəm, demişəm bəlkə yaxşı olar. Ancaq sonradan gördüm ki, ona kömək etməməliyəm. İşə qoydum, ev tutdum onun üçün ancaq o, evdə qalmadı, çıxdı getdi. Nə etməliyəm, ölənə qədər onu evimdə saxlamalıyam? Əgər mənimlə bağlı hər hansı narazılığı varsa məhkəməyə versin. O şəxsin mənə heç bir aidiyyatı yoxdur".
Вернуться назад