Главная > gundem / ust > Bakının bu ərazisində koronavirus sürətlə yayılır - RƏSMİ

Bakının bu ərazisində koronavirus sürətlə yayılır - RƏSMİ


11-05-2020, 13:44. Разместил: rovshen




Biz artıq infeksiyanın epidemiyasını nəzarət altına almışıq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, son günlər ən çox yoluxma halı Bakının Nəsimi rayonunda baş verib:
"Birinci mərhələdə xəstəlik pərakəndə şəkildə yayılırdı, hər tərəfdə yoluxma müşahidə edirdik. Tətbiq olunan karantin rejimi və aparılan əks epidemik tədbirlər, testi pozitiv çıxan şəxslərlə təmasda olanların aşkarlanması ilə bu məhdudlaşdırıldı.

İndi isə iş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bu da həmin iş yerlərində yaxın təmasda olanların sosial məsafə gözləməməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, başqa sözlə desək, məsuliyyətsizliklə əlaqədardır". (milli.az)
Вернуться назад