Главная > manset > Qapalı məkanlarda maskadan istifadə məcburi oldu - RƏSMİ

Qapalı məkanlarda maskadan istifadə məcburi oldu - RƏSMİ


2-05-2020, 16:34. Разместил: rovshen


Azərbaycanda qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir.

Bununla bağlı məsələ pandemiya dövründə müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair qaydalarda öz əksini tapıb.

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Вернуться назад