Главная > gundem / ust > Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi


1-05-2020, 17:44. Разместил: rovshen
Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdiAzərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan "BakuPost"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.
Вернуться назад