Главная > gundem / iqtisadiyyat > Parlament Azərbaycanın yeni baş prokurorunun təyinatına “HƏ” dedi
Parlament Azərbaycanın yeni baş prokurorunun təyinatına “HƏ” dedi1-05-2020, 12:19. Разместил: rovshen |
Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Millitv.az-ın xəbərinə görə, məsələ səsə qoyulub. Deputatlar səsvermədə Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər. Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisidir. Вернуться назад |