Главная > medeniyyet > Koronavirus “Oskar”ın qaydalarını dəyişdi

Koronavirus “Oskar”ın qaydalarını dəyişdi


30-04-2020, 14:44. Разместил: rovshen


Oskar Akademiyası pandemiya səbəbiylə ciddi qayda dəyişikliyi edib.

Millitv.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə birbaşa rəqəmsal platformalarda yayımlanan filmlərin bu ilki yarışa namizəd ola biləcəyi açıqlanıb. Bundan öncə filmin Oskara namizəd olması üçün əvvəlcə ən azı 7 gün və üç seans olmaqla Los-Ancelesdə nümayiş olunmalı idi. Lakin bu ildən etibarən, akademiya bu qaydanı dəyişib və bütün digər tələblər yerinə yetirildiyi təqdirdə bu qaydanın nəzərə alınmayacağı bildirilib.

Filmlər əvvəlcədən göstərilmə tarixi alıbsa, hər hansı internet platformasında yayımlanaraq Oskara namizəd ola bilərlər. Akademiyanın açıqlamasına görə kinoteatrlar açıldıqdan sonra bu qayda ləğv ediləcək.
Вернуться назад