Главная > gundem / ust > Rektorun adı qalmaqalda hallanır... - İDDİA

Rektorun adı qalmaqalda hallanır... - İDDİA


30-04-2020, 13:32. Разместил: rovshen


Politoloq Rövşən Novruzoğlu: “Əgər Ədalət Muradovun doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrü sərt tənqid edilibsə, Azərbaycanın tezliklə iqtisadi tənəzzülə uğrayacağı yazılıbsa, görün onun namizədlik dissertasiyası nə gündədir...”
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası və 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyası ətrafında mübahisə və müzakirələr bitib-tükənmir. Belə ki, o, doktorluq dissertasiyasını üstündən 16 il keçəndən sonra Prezident yanında AAK-da tanıtmışdır, lakin sonradan məlum olmuşdur ki, nəinki AAK-da, ümumiyyətlə, Azərbaycan Respublikasının heç bir elmi-pedoqoji mərkəzində bu dissertasiya yoxdur. “Təzadlar”ın Araşdırma Qrupunun rəsmi sorğusu rektor və Prezident yanında AAK tərəfindən cavablandırılmadıqdan sonra əməkdaşlarımız Kiyevə ezam olunaraq həmin dissertasiyanı və monoqrafiyanı tapıb gətirdilər. Məlum oldu ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradov adı çəkilən doktorluq dissertasiyasında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonrakı dövrdə ölkəmizdə aparılan böyük iqtisadi islahatları qəti şəkildə şübhə altına almış, siyasi hakimiyyətin bu istiqamətdə atdığı bütün məsul addımları özünün uydurma saxta proqnoz və rəqəmləri ilə pisləmişdir. Vətənpərvərlik hissini itirmiş Ə.Muradov dünyanın diqqət mərkəzində olmuş, Azərbaycan üçün taleyüklü strateji iqtisadi layihə olan «Əsrin müqaviləsi»ni əsassız olaraq gözdən salmış, dünya ictimaiyyətində bu layihə barədə mənfi, səmərəsiz layihə rəyi yaradan fikirlər səsləndirmişdir. Ə.Muradovun doktorluq dissertasiyasında Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın belə bir məsuliyyətli dövründə dövlətin iqtisadi dayağı, bazası olan «Əsrin müqavilə»si ətrfında düşmənə tutalqa verən faktlar sərgiləmişdir. Hətta o, çəkinmədən yazır ki, belə davam edərsə, yəni «Əsrin müqaviləsi»ndən imtina edilməzsə, heç bir iqtisadi-sosial səmərə verməyəcək layihənin «töhfə»si bu olacaq ki, Azərbaycan yaxın gələcəkdə «Banan respublikası»na çevriləcəkdir və s. Xəbər verildiyi kimi, artıq Ukrayna alimlərinin də bu dissertasiya ətrafında rəyləri gəlməkdədir. Əməkdaşlarımız məsələyə daha dərindən yanaşma üçün Kiyevə ezam olunmaq ərəfəsindədirlər. Bu səfər karantin rejiminə görə iki aydır ləngidiyindən, hesab edirik ki, yaxın vaxtlarda reallaşacaq...

Bəs rektorun namizədlik dissertasiyası hardadır???

Ədalət Muradov 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Biz KİV olaraq adı çəkilən dissertasiyanın Azərbaycanda olduğunu güman etdiyimizdən, Kiyevdə olarkən, açığı, bununla maraqlanmadıq da. Təxminən 158 səhifəlik bu dissertasiyanı indi ölkəmizdə axtarmaqdayıq, lakin tapılmır. Məxbur olub, dissertasiyanın müəllifi olan rektor Ədalət Muradova rəsmi qaydada informasiya sorğusu göndərməkdəyik. Belə ki, “Təzadlar”a müraciət edən bir neçə tələbə və magistr həmin namizədlik dissertasiyanı oxumaq və bəhrələnmək, gələcək elmi işlərində istinad etmək istəyirlər, lakin tapa bilmirlər. Odur ki, bizdən kömək istəyirlər.
Bəs Ədalət Muradovun 1993-cü ildə yenə də T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyası harada ola bilər? Yaxud, rektor özü rəhbərlik etdiyi universitetdə niyə bu dissertasiyanı tələbələri üçün əlçatan etməmişdir?
Məsələyə münasibət bildirən, Milli təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Rövşən Novruzoğlunun cavabı diqqətiçəkəndir:
-Düşünürəm ki, burada daha ciddi müəmmalar var. Mən də universitetin saytına daxil oldum, ümumiyyətlə, internetin beynəlxalq axtarış sistemində gəzişmələr etdim, lakin Ədalət Muradovun “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyasının yalnız quru adına rast gəldim. Necə ola bilər ki, ən adi bir mütəxəssis-alimin dissertasiyaları hamı üçün əlçatandır, amma o boyda rektorun isə doktorluq və namizədlik dissertasiyaları tapılmır. Burda nə sirr yatır? Düşünürəm ki, səbəb birdir: Ədalət Muradov doktorluğunu 1998-ci ildə müdafiə edib, həmin illərin siyasi narahatlığını hamımız bilirik. Azərbaycanda müxalifət aktivləşmişdi, hətta onların hakimiyyətə gəlməsi barədə geniş müzakirələr gedirdi, Ermənistan mətbuatı isə Heydər Əliyevin müdrik siyasətçi olduğunu bilirdilər və hakimiyyət dəyişikliyi onların ürəyindən idi və s. Lakin rektor Ədalət Muradov da ola bilsin həmin ab-hava təsiri altında olub və ona görə də doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyətdə olduğu illəri, cəmi 5 il idi, doktorluq dissertasiyasında sərt tənqid etmiş, gözdən salmış, hakimiyyəti aşağılamışdır... İndi düşünürəm, əgər Ədalət Muradov 1998-ci ildə müdafiə etdiyi (yəqinki neçə il əvvəldən yazmağa başlamışdır) doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrünü sərt tənqid edibsə, görün onun namizədlik dissertasiyası nə gündədir... Odur ki, jurnalistlərin prinsipial araşdırması lazımdır ki, həmin namizədlik dissertasiyası tapılıb üzə çıxarılsın. Lazım olsa, sizin təcrübəniz var, Kiyevə ezam olunub onu taparaq Azərbaycan istimaiyyətinin müzakirəsinə verin... //tezadlar.az//
Вернуться назад