Главная > gundem / siyaset > Tanınmış ictimai xadimlərdən Prezidentə - Müraciət
Tanınmış ictimai xadimlərdən Prezidentə - Müraciət28-04-2020, 14:32. Разместил: rovshen |
Bir qrup millət vəkili, alim və yazar tanınmış tərcüməçi, şair Sevil Gültənin mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb. Millitv.az[left][/left] xəbər verir ki, müraciətdə uzun illərdir kirayədə yaşayan tərcüməçi, ingilis dili üzrə mütəxəssis Sevil Gültənin ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur. Müraciətdə deyilir: Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Surəti I Vitse Prezident Mehriban xanım Əliyevaya Möhtərəm Cənab Prezident İlham Əliyev! İstedadlı tərcüməçi, şair və esseist Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) haqqında bu məktubu Sizə ünvanlayarkən ədəbiyyat və incəsənət adamlarına göstərdiyiniz böyük diqqət və qayğıya, yüksək humanizm prinsiplərinə sədaqətinizə güvənir, xahişimizə etinasız yanaşmayacağınıza böyük ümid bəsləyirik. Sevil Gültən qırx ildən artıq bir müddət ərzində dünya ədəbiyyatının nadir incilərini orijinaldan birbaşa dilimizə çevirən, eyni zamanda Azərbaycan ədəbiyyatının dünya arenasında yayılması, tanınması və təbliğində müstəsna xidmətləri olan ingilis dili üzrə mütəxəssisdir. Dünya klassiklərinin roman, povest, hekayə, esse və poetik nümunələrinin bir çoxu məhz onun tərcüməsində Azərbaycan oxucusunun stolüstü kitabına çevrilmişdir. Yüksək səviyyəli mədəniyyət və incəsənət törənlərində Azərbaycanı ləyaqətlə təmsil edən yazıçı və şairlərimizin əsərlərinin əksəriyyəti Sevil Gültənin tərcüməsi vasitəsilə dünya ədəbi aləminə yol tapmışdır. İndiyədək onun ingiliscədən tərcümə etdiyi 50-dən çox roman işıq üzü görmüş, 50-dək kitabın materialı olan 200-dən çox hekayə isə müxtəlif sayt və ədəbi orqanlarda çap olunmuşdur. Sevil Gültən Azərbaycan dilindən ingilis dilinə 70-dən çox kitab (şeir, roman, hekayə, elmi əsər və esse) tərcümə etmişdir. O, eyni zamanda Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sifarişi əsasında qələmə alınmış, ciddi tarixi əhəmiyyətə malik "Erməni əsirliyində”, eləcə də "Akdamardan Sarı gəlinədək erməni yalanı” və "Erməni vandalizmi” kitablarının tərcüməçisidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tərcüməçilərin dostu və müəllimi olan Sevil Gültən eyni zamanda bir neçə şeir kitabının və esselər toplusunun da müəllifidir. Çox təəssüf ki, şəxsi həyatında uğursuz bir tale yaşayan Sevil Gültən ata himayəsindən məhrum olan iki qız övladı ilə iyirmi ildir ki, kirayələrdə yaşamaq məcburiyyətindədir. Tərcümələrdən qazandığı cüzi qonorarla övlad böyüdüb boya-başa çatdırmağın, onları şəraitsiz kirayə evlərdə yaşatmağın nə qədər çətin olduğunu hər birimiz bilirik. Möhtərəm Cənab Prezident! Biz – ədəbi və elmi ictimaiyyətin aşağıda imza edən nümayəndələri Sizdən Sevil Gültənin ağır sosial durumunu və himayəsində iki övladının olmasını nəzərə alaraq, ona fərdi mənzil verilməsinə kömək etmənizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk. Hörmətlə: Sabir Rüstəmxanlı – xalq şairi, millət vəkili Aqil Abbas – millət vəkili Musa Urud – millət vəkili Fazil Mustafa – millət vəkili Etibar Əliyev – millət vəkili Hikmət Babaoğlu – millət vəkili Qılıncxan Bayramov – tərcüməçi, Azərbaycan Dillər Universitetinin professoru Nəriman Həsənzadə – Xalq şairi Vahid Əziz – Xalq şairi Vilayət Hacıyev – tərcüməçi, filologiya elmləri namizədi Vaqif Yusifli – filologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Duyğun – şair-publisist, hərbi jurnalist , AYB üzvü Paşa Qəlbinur – şair, oftalmoloq, AYB üzvü İradə Tuncay – yazıçı-publisist, "Ədalət” qəzetinin baş redaktoru Aynur Camal – publisist "Teleqraf” Media Qrupunun rəhbəri Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru, professor Məmmədəli Qıpçaq – tarix üzrə fəlsəfə doktoru, professor Azər Abdulla – yazıçı-publisist Seyran Səxavət– yazıçı-publisist Qulu Məhərrəmli – əməkdar jurnalist, professor Baba Vəziroğlu – yazıçı, əməkdar incəsənət xadimi Bahəddin Həziyev – "Bizim yol” qəzetinin baş redaktoru Şahbaz Xuduoğlu – "Qanun” nəşriyyatının rəhbəri Dəyanət Osmanlı – şair, AYB üzvü, Atatürk Mərkəzinin elmi işçisi Vüsal Məmmədov – "AzVision.az” saytının baş redaktoru Zahir Əzəmət – "Qaуnarinfo.az” saytının baş redaktoru Faiq Balabəyli – "Müstəqil.az” saytının baş redaktoru Bəxtiyar Əlirzayev – "BakuPost.az” saytının baş redaktoru Sevinc Elsevər – şair, "Mücrü” jurnalının baş redaktoru Azər Həsrət – Əməkdar jurnalist, siyasi şərhçi Elçin İsgəndərzadə – şair, ATU-nun kafedra müdiri, professor Ramiz Qusarçaylı – şair, "Ay işığı” ədəbi birliyinin sədri, AYB üzvü Ağa Cəfərli – jurnalist, Azərbaycan Dillər Universitetinin mətbuat katibi Qismət Rüstəmov – şair, AYB üzvü, Yaradıcılıq Fondunda aparat rəhbəri Qulu Ağsəs – şair-publisist, "Ulduz” jurnalının baş redaktoru Xalid Kazımlı – "Yeni Müsavat” qəzetinin redaktoru Yusif Məhəmmədoğlu – "Xəbərlər” informasiya agentliyinin rəhbəri Elçin Zahiroğlu – jurnalist, "BakuPost.az” saytının təsisçisi İlham Quliyev – "Kaspi" qəzetinin baş redaktoru Nəzakət Məmmədova – Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru, AYB üzvü Azad Qaradərəli – yazıçı, "Yazı” dərgisinin baş redaktoru Firuz Mustafa – yazıçı-dramaturq, AYB üzvü Tofiq Qaraqaya – şair, AYB üzvü Əhməd Qəşəmoğlu – şair, sosioloq, AYB üzvü Nəriman Əbdürrəhmanlı – yazıçı-tərcüməçi, AYB üzvü Aslan Quliyev – yazıçı-tərcüməçi, AYB üzvü Kamran Nəzirli – yazıçı-tərcüməçi, AYB üzvü Səfər Alışarlı – yazıçı, AYB üzvü Rüstəm Behrudi – şair Tahir Talıblı – şair, AYB üzvü Murad Köhnəqala – şair-yazıçı, AYB üzvü Yusif Savalan – şair- tərcüməçi, Dillər Universitetinin müəllimi, AYB üzvü Eyvaz Zeynalov – yazıçı, AYB üzvü Zahid Sarıtorpaq – şair, yazıçı-tərcüməçi Sultan Mərzili – şair- yazıçı, AYB Moskva bölməsinin katibi Yunus Oğuz – yazıçı-publisist , AYB üzvü Əhməd Oğuz – şair, AYB üzvü Ədalət Məmmədov – Respublikanın Əməkdar Artisti, aktyor Avdı Qoşqar – şair-publisist, Əməkdar jurnalist Fəxri Uğurlu – yazıçı-publisist, AYB üzvü Rasim Qaraca – şair-publisist Əjdər Ol – şair, yazıçı-publisist, AYB üzvü Əsəd Cahangir – tənqidçi, AYB üzvü Vaqif Əjdəroğlu – tərcüməçi, yazıçı-publisist Pərviz Cəbrayıl – yazıçı Hədiyyə Şəfaqət – şair-publisist Aləm Kəngərli – yazıçı, AYB üzvü İlham Qəhrəman – şair, AYB üzvü Zirəddin Qafarlı – şair, AYB üzvü Səhər Əhməd – şair, teleaparıcı Şəlalə Göytürk – şair, publisist, AYB üzvü Jalə Mütəllimova – jurnalist, AJB üzvü İlham Tumas – jurnalist, İTV Şirkətində redaktor Vüsal Oğuz – şair, AYB-nin Oğuz bölməsinin rəhbəri Mübariz Örən – yazıçı, AYB üzvü Kəramət Böyükçöl – yazıçı-publisist Ayxan Ayvaz – yazıçı, "Kulis.az” saytının əməkdaşı İlqar Türkoğlu – şair, AYB üzvü Çingiz Musayev – şair, AYB üzvü, "Tovuz” qəzetinin baş redaktoru Aydınxan Əbilov – şair, kulturoloq, AYB üzvü Balaxan Qərib – şair, AYB üzvü Əkbər Qoşalı – şair, AYB üzvü, Atatürk Mərkəzində şöbə müdiri Nazim Əhmədli – şair, hərbi jurnalist, AYB üzvü Elçin Hüseynbəyli – yazıçı, AYB üzvü Kərim Kərimli – yazıçı-jurnalist, AYB üzvü Firuzə Məmmədli – şair, " Qızıl kəlmə” mükafatçısı, AYB üzvü Şəfəq Nasir – yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü Pərvanə Məmmədli – ədəbiyyatşünas, AYB üzvü Aləmzar Sadıqqızı – şair, AYB üzvü Qəşəm Nəcəfzadə – şair, Əməkdar mədəniyyət işçisi Maarif Soltan – şair, AYB üzvü Xatirə Rəhimbəyli – şair, AYB üzvü Cavid Zeynallı – yazıçı, AYB üzvü Reyhan Kənan – şair, AYB üzvü İlqar Rəsul – yazıçı, AYB üzvü İradə Aytel – şair-publisist, AYB üzvü Şəhriyar Del Gerani – şair, AYB üzvü Sevinc Fədai – jurnalist Vasif Sadıqlı – publisist Nazilə Gültac – şairə, AYB üzvü Rumiyyə Miraslan – jurnalist Elməddin Muradlı – jurnalist Arzu Nehrəmli – şair, AYB üzvü Ülviyyə Heydərova – yazıçı -publisist , AYB üzvü Yeganə Kərimzadə – yazıçı , AYB üzvü Dilqəm Əhməd – tədqiqatçı-jurnalist, AYB üzvü Günel Natiq – yazıçı-publisist, AYB üzvü Giya Paçxataşvili – şair-tərcüməçi, AYB üzvü Kənan Hacı – yazıçı, AYB üzvü Xuraman Hüseynzadə – şair Sevinc Nuruqızı – yazıçı, AYB üzv Məqsəd Nur – yazıçı, AYB üzvü Zamiq Zərdabi – şair, AYB üzvü Nüşabə Əsəd Məmmədli – yazıçı, AYB üzvü Kəbutər Haqverdi – jurnalist Elçin Bayramlı – sosioloq, jurnalist Xan Rəsuloğlu – şair, AYB üzvü Cəlil Cavanşir – şair, AYB üzvü, "Mücrü” nəşriyyatının elmi redaktoru Əlabbas Bağırov – yazıçı-publisist. Вернуться назад |