Главная > sou > Nigar Camal: “Eldar nə vaxt elçi göndərsə...” - VİDEO

Nigar Camal: “Eldar nə vaxt elçi göndərsə...” - VİDEO


20-04-2020, 18:00. Разместил: rovshen


Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən beynəlxalq musiqi müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal “İctimai” televiziyada yayımlanan “Gəl, qonaq ol” proqramının “Skype” vasitəsi ilə qonağı olublar.

Oxu.Az xəbər verir ki, aparıcı Saleh Bağırovun “Karantin günlərində özündə nəyi kəşf etdin?” sualına Nigar belə cavab verib:

“Karantin rejimində başa düşdüm ki, bir də ərə gedəcəm. Ona görə ki, bütün günü evdəyəm. Yemək bişirirəm, ev yığışdırıram. Evdar xanım olmuşam. Bu isə daha maraqlıdır. Eldar nə vaxt elçi göndərsə, ondan sonra tarixi açıqlayaram. Beşinci mərtəbədən səkkizinci mərtəbəyə gəlin köçəcəm”.

Qeyd edək ki, N.Camal bir dəfə evli olub. Onun bu evliliyindən iki qızı var. Nigar həyat yoldaşından boşanıb.


Вернуться назад