Главная > gundem / dunya > İtaliyada koronavirusa yoluxma və ölüm sayını artıran 2 SƏHV

İtaliyada koronavirusa yoluxma və ölüm sayını artıran 2 SƏHV


25-03-2020, 22:35. Разместил: rovshen


Ölkənin Mülki Müdafiə rəhbəri Angelo Borellinin sözlərinə görə bu günə hazırda ölkədə 54 min 30 nəfər virusa yoluxan var. Ümumilikdə isə bu günə qədər ölkədə virusa yoluxanların sayı ölən xəstələrlə birgə 69 min 176 nəfərə çatıb.

Qeyd edək ki, İtaliyada koronavirus əsasən Milanın şimal-şərqində yerləşən Berqamo şəhərində tüğyan edir. 1.1 milyon əhalisi olan Berqamoda bu günə qədər 1176 nəfər koronavirusdan dünyasını dəyişib. Bu ölkədə koronavirusdan ölənlərin təxminən 5/1-i deməkdir. Həmçinin ölkədə virusa yoluxan 69 min 176 nəfərin 10/1-i bu şəhərdə aşkar edilib.

Berqamonun şəhər bələdiyyə rəhbəri Corcio Qori keçirdiyi mətbuat konfransında bildirib ki, koronavirusdan ölənlərin gerçək sayı rəsmi rəqəmlərdən daha çoxdur:

“Bələdiyyəmdə 25 nəfər dünyasını dəyişdi. Onların yalnız 5-nə koronavirus diaqnozu qoyuldu. Lakin inanıram ki, digərləri də bu epidemiyanın qurbanlarıdır”.

Qoru qeyd edib ki, bələdiyyə rəhbəri olduğu şəhərdə insanlar yalnız özlərində ciddi simptomlar hiss etdiyində testən keçir və ən pisi odur ki, yoluxma halı aşkarlanan hər kəs müalicəyə getmir bəziləri isə ailələrini və yaxınlarını görməyəcəklərindən qorxaraq, evdə qalırlar. “Bu tablo, burada neçə bir tragediya yaşadığımızı əks etdirir” deyə bələdiyyə sədri bildirib.

Bələdiyyə sədri həmçinin bəzi ölkələrdə 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasının qadağan olunmasını dəstəklədiyini, bunun yoluxma halının qarşısını almaqda işə yaradığını deyib: “Amma bunun üçün də həmin yaşlı insanların hər cür ehtiyaclarını qarşılamaq lazımdır”.

Qori İtaliyadan başqa digər ölkələrə də çağırış edərək deyib: “Bu qorxunc bəlanı həfifə almayın. Eyni səhvi biz də etdik. Virusun yeni yayıldığı ölkələr bu günləri düzgün dəyərləndirməli, vətəndaşlarını qorumaq üçün önləyici tədbirlər görməli, virusun yayılmasını gözləməməlidirlər”.

Bələdiyyənin sədri digər ilginc açıqlaması ilə diqqəti cəlb edib. O, bildirib ki, koronavirusun ilk aşkar olunduğu Berqamoda virusa yoluxan xəstəyə səhv olaraq sətəlcəm diaqnozu qoyması bu virusun sürətlə şəhərdə yayılam səbəblərindən biri olub:

“Fevralın 19-da Milan San Siro Stadionunda baş tutan “Atalanta-Valençia” oyununa 40 mindən çox bergamolu azarkeş gedib. Məlum məsələdir ki, bir çox insan oyunu qrup şəklində barlarda, evlərində izləyiblər. Böyük ehtimalla bu da həmin axşam epidemiyanın sürətlə yayılmasına təsir göstərib”. Bələdiyyə sədri xatırladıb ki, şəhərdə virusun yayılması 23 fevralda müşahidə edilib. Oyunun baş tutduğu 19 fevralda isə virus barəsində xəbərsiz olublar.

Xatırladaq ki, bir müddət bundan əvvəl İtaliya hökuməti koronaviusun sürətlə yayıldığı Berqamo şəhərində ölənlərin sayı həddən artıq çox olduğu üçün cəsədlərin daşınmasına yardım üçün orduya müraciət etmişdi. Çox sayda hərbi yük maşınları tabutları qəbiristanlığa daşımışdı.

Musavat.com
Вернуться назад