Главная > gundem / idman > "Avropada futbolun mövsüm bitmədən başlaması çətin görünür"

"Avropada futbolun mövsüm bitmədən başlaması çətin görünür"


25-03-2020, 15:28. Разместил: rovshen


"Ən azı 1 ay müddətində dünyada nə baş verəcəyini heç kim bilmir. Bu vəziyyətin İtaliya və İspaniyada daha çox vaxt aparacaq. Avropada mövsüm bitmədən futbolun başlaması çətin görünür".

Qol.az xəbər verir ki, bu sözləri Çinin "Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaro İtaliya mətbuatına açıqlamasında deyib. Koronavirus epidemiyasına görə krantində olduğunu bildirən italiyalı mütəxəssis Çində hər şeyin getdikcə qaydasına düşdüyünü bildirib:

"Quançjouda virus nəzarət altına alınıb və həyat normal axarına qayıtmağa başlayıb. Çox məhdudiyyət yoxdur, amma 14 günlük karantində qalmağımız lazımdır. İki gün sonra karantin müddətim bitəcək. Ölkə xaricindən gələn hər kəs bunu etmək məcburiyyətindədir”.

Qeyd edək ki, koronavirus epidemiyası ilk dəfə Çində yayılsa da, artıq bu ölkədə vəziyyət yaxşılığa doğru gedir.
Вернуться назад