Главная > gundem / neqativhallar > CƏBHƏDƏ ATIŞMA GEDİR - Erməni hərbçi məhv edildi

CƏBHƏDƏ ATIŞMA GEDİR - Erməni hərbçi məhv edildi


24-03-2020, 14:10. Разместил: rovshen


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Hurriyyet.org bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.

Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır. Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Вернуться назад