Главная > gundem / ust > Nazirlik ərzaq mağazaları və apteklərlə bağlı məlumat yaydı

Nazirlik ərzaq mağazaları və apteklərlə bağlı məlumat yaydı


23-03-2020, 20:20. Разместил: rovshen


Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.

Nazirlikdən Millitv.az-a bildirilib ki, adi iş rejimi həmçinin, ticarət mərkəzləri və "Mall"ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.
Вернуться назад