Главная > gundem / dunya > Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı
Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı18-03-2020, 22:48. Разместил: rovshen |
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Millitv.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb. Açıqlamaya görə, qadağalar əsasən İranın neft-kimya sənayesini əhatə edir. Belə ki, aralarında İrandan əlavə Çin və Cənubi Afrikaya məxsus şirkətlər də olmaqla 9 qürum sanksiyalara məruz qalıb. Həmçinin, İranın terror fəaliyyətlərinə və İraqdakı ABŞ bazasına hücumuna dəstək verdiyi iddia edilən 3 şəxs qadağalara məruz qalıb. Dövlət Departamentinin məlumatına görə, sanksiyaların məqsədi İran üzərində təzyiqi artırmaqdır. Qeyd edək ki, dünya dövlətləri koronavirus səbəbiylə İrana qarşı bəzi qadağaların ləğvini tələb edir. Вернуться назад |