Главная > gundem / siyaset > Təxribat davam edir: - “Ermənilər Naxçıvana iddia edirlər”

Təxribat davam edir: - “Ermənilər Naxçıvana iddia edirlər”


18-03-2020, 22:40. Разместил: rovshen
Təxribat davam edir: - “Ermənilər Naxçıvana iddia edirlər”

“Ermənilər Qarabağla, Zəngəzurla, Göyçəylə kifayətlənmirlər. İndi də Naxçıvana iddia edirlər”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, artıq bir neçə gündür erməni saytları kütləvi şəkildə Naxçıvan və Şərqi Anadolu torpaqlarına iddialar qaldırmaqdadır:

“Vaxtı təsadüfi seçməyiblər. İş orasındadır kı, ermənilər 100 il əvvəl imzalanan Moskva və Qars müqavilələrini heçə sayaraq, erməni xalqının “torpaqlarının” əllərindən aldıqlarını iddia edirlər. Utanmadan, 1918-1920-ci illərdəki Ermənistan Respublikasına belə istinad edirlər. Avropanın bir neçə dövlətinin beynəlxalq hüququ kobud şəkildə pozan və tarixdə heç bir zaman mövcud olmamış torpaqlarda müsəlman-türk xalqları arasında xristian erməni dövlətini yaratmaq məqsədini qarşıya qoyan Sevr müqaviləsinə istinad etmək xəstə təxəyyülün göstəricisidir. Ermənistanın baş naziri Nikol Paşinyan və ölkədəki müxalif partiyalar bilməlidirlər ki, Azərbaycanın bütün addımları real faktlara söykənib”.

Z.Məmmədov vurğulayıb ki, 1918-1920-ci illərdə mövcud olmuş erməni dövlətinin mərkəz şəhəri İrəvan 1918-ci ildə sənədlərdə göstərildiyi kimi ermənilərin Qarabağdan ən çəkməsi şərtilə ermənilərə verilib:

“1918-1920-ci illərdəki Ermənistan ərazisi sovet vaxtında qeyri-qanuni şəkildə Azərbaycan və Gürcüstan hesabına genişləndirilib. Əgər Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır. Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya “Ermənistan ərazisini kiçiltdikləri” kimi səsləndirdikləri tezislər alt-üst olacaq. Bizim televiziyalarımızda mövzu ilə bağlı tarixi analizlərin verilməsi yerinə düşər. İnformasiya müharibəsi davam edir”.
Вернуться назад